“Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə onlardan geri qalırıq”.

Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Qəbələ” ilə qarşılaşan paytaxt klubu 1:1 hesablı heç-heçə edib.

Maksimov oyunsonrası mətbuat konfransında bu fikirləri səsləndirib: “Komandamız hələ yeni formalaşıb. Bizdə istək çox idi. Məhz bunun sayəsində oyundan xalla ayrıldıq”.

- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?

- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.

- Rəqibin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?

- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...

- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.

- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.