"Qarabağ" klubu İtaliya B Seriyasından futbolçu transfer etmək niyyətindədir.

Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki,  Ağdam təmsilçisi  "Çittadella" klubunun hücumçusu Cuzeppe Paniko ilə maraqlanır. 23 yaşlı italiyalı forvardı həmçinin B Seriyasındakı bir sıra komandalar da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Cuzeppe Paniko karyerasına "Cenoa"da başlayıb (2014-2018). O, müxtəlif vaxtlarda "Cesena" və "Teramo" klublarına icarəyə verilib. 2018-ci ildə "Çittadella"ya keçən hücumçu cari mövsümdə meydana çıxdığı 14 oyunda 2 məhsuldar ötürmə verib.

Cuzeppe Paniko İtaliyanın U-17 (2 oyun), U-18 (24 oyun, 1 qol), U-19 (18 oyun, 4 qol) və U-20 (16 oyun, 3 qol) yığma komandalarının da şərəfini qoruyub.