“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “qartallar” George Antonla anlaşıb. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.

Moldova millisinin üzvü olan futbolçu daha əvvəl ölkəsinin “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub.