"Keşlə" klubu Türkiyənin Antalya vilayətində davam edən təlim-məşq toplanışını başa vurub.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Tərlan Əhmədov Slovakiyanın “Zemplin” klubuyla keçirilən yoxlama oyunundan sonra (1:1) fikirlərini bölüşüb:

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq. “Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.