Təlim-məşq toplanışını Antalyada davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir oyunçu dəvət edilib.

Offsideplus.az AFFA-ya istinadla xəbər verir ki, “Qarabağ” klubunun üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.

Qeyd edək ki, U-19 bu gün Bakı vaxtı ilə saat 16:00-da “Alanyaspor” klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.