Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Jelko Sopiçin çalışdırdığı paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Belekdəki “Hüseyn Aygün Futbol Mərkəzi”ndə keçiriləcək oyuna saat 17:00-da start veriləcək. Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

“Sabah” Antalyadakı toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2), Rumıniyanın “Akademika Klinçeni” (0:0) və Qazaxıstanın “Kaysar” (3:1) klubları ilə qarşılaşıb.

Sabah: 71.Dmitri Bezruk, 2.Elçin Mustafayev, 5.Kərim Diniyev, 20.Nemət Musayev, 17.Məhəmməd Mirzəbəyov, 99.Abbas Ağazadə, 14.Rəşad Eyubov, 29.Ceyhun Nuriyev, 97.Emil Qasımov, 77.Cavid Tağıyev, 41.Marko Deviç.

Yoxlama oyunu

17:00 Sabah – Spartak U-21 (Rusiya)

Antalya, “Hüseyn Aygün Futbol Mərkəzi”