Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah ikinci yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun rəqibi Qazaxıstanın “Jetısu” klubu olacaq. Yanvarın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

“Qarabağ” Antalyadakı ilk yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşıb. MAtç qollu bərabərliklə yekunlaşıb – 2:2.