Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu gün növbəti məşqinə çıxıb.

 Offsideplus.az klubun rəsmi “facebook” hesabına istinadla xəbər verir ki, bir müddət əvvəl zədə alan Stanislav Namaşko və Vüsal İsgəndərli də artıq komanda ilə məşqlərə başlayıblar. 

Qeyd edək ki, “Keşlə” sabah yoxlama görüşündə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.