Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır. Öötən illə müqayisədə 57 pillə irəliləyən Ağdam klubu 144 xalla dünyanın 80-ci komandasıdır.