"Barselona" futbol klubu “Albasete”nin hücumçusu Rey Manayı transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb. 

Futbolçunun Kataloniya klubuna keçidi 700 min avroya başa gəlib. Bu məbləğ bonuslar kimi 2 milyon avroya qədər arta bilər.

Qeyd edilir ki, hücumçunun müqaviləsində kompensasiyaların məbləği 50 milyon avro təşkil edib.

23 yaşlı alban futbolçu 10 matçda (4 oyunda əsas heyətdə) iştirak edib. O, bu oyunlarda üç qol (bir qol penaltidən) müəllifi olub. 

Rey Manay habelə Albaniya yığmasında da 11 matç keçirib və 3 qol vurub.