"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Rusiyanın "Çayka" klubuna 3:0 hesabı ilə qalib gəldikləri yoxlama matçını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun saytına açıqlamasında toplanış barədə də fikirlərini bölüşüb:

"Bu görüşlər komanda üçün çox faydalıdır. Çünki bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir. Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.