Azərbaycanlı futbolçular saxta menecerlər tərəfindən aldadılıblar.

Offsideplus.az xəbər verir ki, “Agent Harper” adlı menecer şirkəti “İnstaqram” vasitəsilə oyunçulara Türkiyədə çıxış etməyi təklif edirlər.Futbolçulara FIFA lisenziyasına malik olmalarına dair saxta sənəd təqdim edən fırldaqçılar bununla da özlərinə inam formalaşdırırlar.

Məlumatı Türkiyənin “Sabah” qazeti yayıb. Xəbərdə şirkətin ABŞ-da yerləşdiyi, menecerin adının isə Yensen Onil Antoni olduğu bildirilir.

Tələyə Azərbaycandan başqa, daha çox Özbəkistan, Tacikistan kimi Mərkəzi Asiya ölkələrindən olan futbolçular düşürlər.

“Agent Harper”in əldə olunan son saxta sənədində “Başakşəhər”in prezidenti Göksəl Gümüşdağın adından məktubdan istifadə olunub. Burada klub rəsmisinin şirkəti güvəndiyini, onlardan futbolçular istədiyini bildirilib.
Agentlik futbolçu və ya ailələrindən əməkdaşlıq müqavilində ilkin olaraq 750 avro tələb edirlər. Şirkət bunun qarşılığından hər hansısa klubla ən azı aylıq 70 minlik saziş imzalamağı təklif edir.

82997253 853284415114589 9048782019999301632 n

 

Sultan SoY