“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko bu komandanın Premyer Liqada ilk qolunun müəllifidir.

O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.