Antalya şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Rumıniyanın "Sepsi" klubu ilə qarşılaşıb. Görüş Zaur Həşimovun komandasının qələbəsi ilə başa çatıb -2:0.

 Qeyd edək ki, "Zirə" ilk görüşündə Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə uduzub.