Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" yanvarın 18-i növbəti yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi ilk yoxlama oyununda Macarıstanın "Kaposvar" klubuna 3:4 hesabı ilə uduzub.