Topaz Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" klubu bu gün ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun komandası Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşıb.

7 qolun vurulduğu matçda macarlar qalib gəlib - 4:3.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 3 yoxlama görüşü keçirəcək.