"Neftçi"nin sabiq futbolçusu İqnasio Erreranın yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu Ekvadorun "Muşuk Runa" komandasına keçib. Çilili oyunçu son olaraq ölkəsində "Palestino"nun şərəfini qoruyub.

Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.