"Qarabağ"ın futbolçusu Dani Kintana Çindən təklif aldığını təsdiq edib.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "CBC Sport"a açıqlamasında məlumatı təsdiqləyib. O, hələki danışıqlar getdiyini, məsələnin rəsmiləşmədiyini bildirib.

Qeyd edək ki,  2015-ci ildən "Qarabağ"ın formasını geyinən Dani Kintana cari mövsümdə 24 oyuna 6 qol vurub.