Antalyada təlim-məşq toplanışında olan "Neftçi" tam heyətlə hazırlıq keçə bilmir.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Dario Frederiko komandanın məşqlərinə qatılmayıb. Buna səbəb Darionun istirahətdən sonra Bakıdakı məşq zamanı dava salıb, baş məşqçi Roberto Bordinin ünvanına təhqir işlətməsi olub. 

"Sambaçı"nın intizamsızlığa yol verməsi "Neftçi"ni tərk etmək niyyətində olması ilə əlaqədardır. Braziliyalı meneceri ona yeni komanda tapıb. Müxtəlif variantları olan hücumameyilli futbolçunun "ağ-qaralar"la vidalaşacağı artıq dəqiqdir. "Neftçi"nin onu icarəyə verməsi də istisna edilmir.

Xatırladaq ki, ötən il bu vaxt da Dario ilə bağlı eyni vəziyyət yaranmışdı. Həmin vaxt Cənubi Koreya klubu "Daequ"dan astronomik məbləğdə maaş təklifi alan futbolçu göndərilməsi üçün həm baş məşqçi, həm də rəhbərliklə dava salmışdı.

Qeyd edək ki, Dario Frederikonun "Neftçi" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. // Matc.az