“Keşlə” klubunun legioneri Miyusko Boyoviç ili erkən başa vurub.

Offsideplus.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Tərlan Əhmədov bildirib. Onun sözlərinə görə, 31 yaşlı monteneqro müdafiəçi Premyer Liqanın XIII turunda “Sumqayıt”ı evdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda xəsarət aldığı üçün sıradan çıxıb.

Matçın 16-cı dəqiqəsində qol vurduqdan sonra zədələnən Boyoviç fasilədən sonra yerini Rəşad Sadiqova verib.