Azərbaycan Premyer Liqasının XIII turu Zelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub. 

Offsideplus.az xəbər verir ki, xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb.

Bakı klubu 0:1 hesabı ilə uduzub. Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdu – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdi.

Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidi. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb. // PFL