Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə "Sabah" lider "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0. Görüşün 74-cü dəqiqəsində Abdullah Zubirin vurduğu qol yeganə olub.

Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdıraraq ən yaxın izləyicisini 8 xal qabaqlayır. "Sabah" isə 13 xalla 6-cı sıradadır.