Azərbaycan Premyer Liqasında XIII turun son oyununda "Qarabağ" "Sabah"ı minimal hesabla məğlub edib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov oyundan sonra qələbəni belə şərh edib:

"Çoxdandır qalib gələ bilmirdik. Bu baxımdan qələbə qazanmaq çox yaxşı oldu. Futbolçularımı təbrik edirəm. Hava şəraiti də oyuna mane olurdu. 2 fərqli hissə izlədik. Komandamın kompakt oyun sərgiləmədiyi barədə fikirlərlə razı deyiləm. Çempionatda hücum üslübunda oynayırıq. Bu halda müəyyən boşluqların olması normaldır. Çalışırıq kompakt oynayaq. Bəzən boşluqlar ola bilər. Düzünü desəm, bu il komanda və futbolçular üçün ağır il oldu. Həm fiziki, həm psixoloji baxımdan. Çox oyun keçirdik. Müsbət hal budur ki, biz hazırda ilk pillədəyik. Gələn il daha yaxşı olacaq".