Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun son oyunu keçirilib.

Offsideplus.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın ötən cümə axşamı günü İspaniyada "Sevilya" ilə Avropa Liqasının qrup mərhələsinin V tur matçına çıxması ilə əlaqədar bu həftənin ilk gününə təyin edilib. Oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 0-1.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalib gələrək, ən yaxın izləyiciləri "Keşlə" və "Neftçi"ni yenə özündən 8 xal geridə qoyub.

 

Azərbaycan Premyer Liqası, XIII tur

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ” - 0:1 

Qol: Abdullah Zubir 74

 

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Zirə"ni 3:0, "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. "Səbail" - "Neftçi" matçında isə hesab açılmayıb - 0:0.