“Zirə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə 2019/2020 mövsümündə XXVIII Premyer Liqasının X turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə” komandası oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klubun 800 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Oyunun ikinci hissəsi “Zirə” Peşəkar Futbol Klubu üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması isə qərarı ləğv edilib.
 “Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti də qismən təmin edilib.
AFFA-nın İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı birə endirilməklə qalan iki oyunda cəzadan şərti olaraq azad edilib.
Transfer pəncərəsi dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv edilsin, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunsun.