Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

Offsideplus.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA referilərindən yalnız Rauf Cabbarov təyinat alıb. O, "Sumqayıt" və "Qarabağ" arasında keçiriləcək turun açılış matçını idarə edəcək. 

22 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”

23 noyabr (şənbə)

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”

24 noyabr (bazar)

15:00. “Zirə” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov

Zirə İdman Komleksinin stadionu

17:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.