"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov "Keşlə" ilə qolsuz bərabərə qaldıqları yoxlama oyununu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

"Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağs çalışacağıq".