Milli komandaların oyununa görə yaranan fasilədən istifadə etmək istəyən “Qəbələ” və “Səbail” klubları bu gün yoxlama oyunu keçiriblər.

Offsideplus.az xəbər verir ki, elita təmsilçiləri “Asco Arena”da üz-üzə gəliblər.

Beş qolun qeydə alındığı qarşılaşma “Qəbələ”nin qələbəsiylə başa çatıb – 3:2. “Səbail”in heyətində Eriko da Silva ilə Mirabdulla Abbasov fərqlənib. Əyalət təmsilçisinə qələbə gətirən qolları isə Asif Məmmədov, Sadiq Quliyev və Samir Məhərrəmli vurub.