Yığma komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan “Keşlə” bu gün yoxlama görüşü keçirib.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matçda "Keşlə" 4:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.