“Zirə” Azərbaycan Premyer Liqasında 40-cı heç-heçəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, bu, XI turun “Qarabağ”la səfər görüşündə qeydə alınıb – 1:1.

Yubiley bakılıların 131-ci görüşünə təsadüf edib. Komanda keçirdiyi oyunların 30 faizində 1 xal qazanıb. Bu heç-heçələrdən 19-u evdə, 20-si səfərdə qeydə alınıb.

“Zirə”nin heç-heçələri mövsümlər üzrə: 2015/16 – 11, 2016/17 – 9, 2017/18 – 8, 2018/19 – 7, 2019/20 – 5.

Komanda üç müxtəlif hesabla heç-heçə edib: 1:1 – 20, 0:0 – 13, 2:2 – 7 dəfə.

“Zirə” 9 komanda ilə heç-heçə oynayıb: “Keşlə”, “Qəbələ” – 8, “Neftçi”, “Qarabağ” - 5, “Sumqayıt”, “Kəpəz” – 4, “Sabah”, “Səbail”, AZAL – 2.