Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar əzmkar qələbə qazanıb - 3:1. Digər görüşdə isə lider "Qarabağ" "Tofiq Bəhramov"da "Zirə"ni sınağa çəkib. Oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.

10 noyabr (bazar)

19:00. “Qarabağ” – “Zirə” - 1:1
Qol: Maqaye Qeye, 5 (1:0), Riçard Qadze, 67 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Sabah” – “Sumqayıt” - 1:3
Qol: Ulise Diallo, 32 (1:0), Peyman Babayi, 56 (1:1), Mehdi Şərifi, 76 (1:2), Əmir Ağayev, 90+5 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”