Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. "Neftçi" isə "Keşlə"nin qonağı olub və 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Keşlə" "Neftçi"ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib. Roberto Bordinin komandası isə 3-cü pilləyə düşüb.

 

Qeyd edək ki, tura sabah oynanılacaq iki görüşlə yekun vurulacaq.

9 noyabr

17:00. “Keşlə” – “Neftçi” - 2:1
Qol: Donald Gerye, 45+1 (0:1), Franko Flores, 63 (1:1), Meza Kolli, 82 (2:1)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
“ASCO Arena”

15:00. “Qəbələ” – “Səbail” - 3:0
Qollar: Davit Volkov, 22 , 45+2, Ülvi İsgəndərov, 90+2
Qırmızı vərəqə: Əli SadıqovA, 80 ("Səbail)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu