"Qarabağ" klubunun hücumçusu Mahir Emreli bir ayadək müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu səfərdə "Neftçi" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının X tur matçının uzatma dəqiqələrində əzələsini dartıb. Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu müəyyənləşib.

Emreli Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında Kipr APOEL-i və İspaniya "Sevilya"sı ilə səfər matçlarını da buraxmalı olacaq.