"Neftçi” klubunun futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçilər noyabrın 17-si Kosta Rika ilə səfərdə keçiriləcək KONKAKAF Milli Liqası matçına çağırılıblar.

Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.