Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.

Offsideplus.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 15:30-da “Sumqayıt Arena"nın ehtiyat meydançasında növbəti məşqini keçirib.

Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması 20 oktyabr, saat 19:30-da "ASCO Arena"da keçiriləcək.