Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Keşlə” də bu gün yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Tərlan Əhmədovun komandası birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1. “Keşlə”nin yeganə qolunu Lorenso Frutos rəqib qapısından keçirib.