Premyer Liqa təmsilçiləri "Qarabağ" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək öz aralarında yoxlama görüşü keçirib.

Offsideplus.az xəbər verir ki, “Azersun Arena”da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb.

"Qarabağ" - "Sumqayıt" - 1:1

Qollar: İlqar Qurbanov, 24 (0:1), Maqaye Geye, 30 (1:1)