“Neftçi”nin əvəzedici komandası yoxlama oyunu keçirib. 

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar”ın əvəzediciləri “Keşlə-2” ilə üz-üzə gəlib.

“Neftçi”nin təlim-məşq bazasında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb – 4:1.

Hüseyn Hüseynzadə bu görüşdə dubla imza atıb. “Ağ-qaralar”ın digər qollarını Asim Əlizadə və Əlibəy Məmmmədli vurublar.