“Zirə” klubunun futbolçusu Robin Nqalande milli komandaya dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, Malavi yığmasının hücumçusu oktyabrın 11-də Lesotoya qarşı yoxlama oyunu üçün milliyə çağırılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu yay "Zirə"yə cəlb olunub.