“Neftçi” Azərbaycan Premyer Liqasının növbəti turunda “Qəbələ”yə də uduzsa, baş məşqçisi Roberto Bordinlə yollarını ayıracaq.

Offsideplus.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi ilə italiyalı mütəxəssis arasında danışıq olub. Tərəflər şərt kəsiblər.

Artıq klubun daxilində də belə bir xəbər yayılıb ki, Bordin "Qəbələ" ilə oyunda da uduzsa, ərizəsini özü yazacaq.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada 5 turdan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb. (Sportlife.az)