“Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Elə komandayıq ki, bizə çempionat çətin olacaq. Şərt qoyulub ki, gənclərə şans vermək lazımdır. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdur. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.(qol.az)