Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Günün ilk matçı Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. 

Digər oyunda isə "Qəbələ" "Səbail"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-si və 23-də keçiriləcək.


21 sentyabr (şənbə)

19:45.“Səbail” – “Qəbələ” - 1:1
Qollar: 
Rövlan Muradov, 17 (0:1), Mirabdulla Abbasov, 68 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
“ASCO Arena”

17:30.“Sumqayıt” – “Sabah” - 1:0
Qol: 
Sərtan Taşqın, 34
Qırmızı vərəqə: Mehdi Şərifi, 77-ikinci sarı vərəqə ("Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”