“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat baş tutub.

Offsideplus.az xəbər verir ki, klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib: “İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.