“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin ilk turunda “Sevilya”ya oyunun keçiriləcəyi Respublika stadionunun meydançasını yoxlayıb.

Offsideplus.az xəbər verir ki, dünən meydançanın duruma ilə şəxsən tanış olan mütəxəssis yaşıl örtüyün vəziyyətindən razı qalıb.

Xatırladaq ki, “Qarabağ” – “Sevilya” matçı bu gün saat 20.55-də başlanacaq.