Aleksandr Rıbka ilə "Səbail" rəhbərliyi arasında münasibətlər gərginləşib.  

 Offsideplus.az "Sportinfo.az"a istinadən xəbər verir ki, ötən mövsümün sonuna yaxın ağır zədə alan və bu səbəbdən Türkiyədə əməliyyat olunan qapıçı aylardır əməkhaqqının ödənilməməsinə sərt reaksiya verib.

Hazırda Ukraynada müalicəsini davam etdirən 32 yaşlı qolkiper klub rəsmilərinə mesaj yazaraq, "pulu tezliklə hesabıma köçürməsəz, Bakıya ayaq basmayacam və UEFA-ya şikayət edəcəm" deyə, xəbərdarlıq edib.

Avropa futbol qurumuna şikayət edilməsindən qorxuya düşən "Səbail" rəhbərliyi Rıbkanın tələblərini yerinə yetirərək yığılb qalmış borcu bir neçə saata ödəyib.