“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt"la oyundan (2:1) sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç haqda fikirlərini bildirib.

- Futbolçulara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm.

- Fasilədən sonra geri çəkilməyinizin səbəbi nə idi?

 - Bəzən elə epizodlar olur ki, geriyə çəkilirsən. Əsas odur ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq.

- Rəqib iki dəfə 100 faizli qol epizodunu qaçırdı. Bəxtiniz gətirdi, deyilmi?

- Əsas odur ki, qalib gəldik. Gənc futbolçularımız var, bəzən səhvlərə yol verirlər.

- Fikirinizcə, 21 yaş limiti komandanıza mane olur?

- Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur (sport24.az).