İspaniyanın “Saraqosa” klubunda çıxış edən Xorxe Pompo karyerasını Azərbaycanda davam etdirə bilər. 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun xidmətində “Qarabağ” maraqlıdır. “Saraqosa”dan ayrılacaq futbolçu MLS və Azərbaycan variantları haqqında düşünür. 25 yaşlı yarımmüdafiəçinin hələ qərarını vermədiyi qeyd olunub.

Futbolçunun transfer qiyməti 1 milyon avrodur.