"Zirə" klubunun 2 üzvü ölkəsinin milli komandasına dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı 2 oyunu üçün yığmaya çağırılıb.

Qeyd edək ki, bu ölkələr DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda bir-birilərinə rəqib olub. İlk oyun sentyabrın 2-də, cavab matçı isə sentyabrın 10-da keçiriləcək.