"Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

O, qələbəyə baxmayaraq, komandasının səhvlər etdiyini bildirib: "Üstünlüyümüz onda idi ki, rəqibin “Dinamo" ilə oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardır. Bəzi səhvlər normaldır, çünki gənc futbolçularımız çoxdur".(qol.az)