“Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi “Universidad San Martín”in (Peru) müdafiəçisi Alvaro Ampueronu 1 illik icarəyə götürüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib.

Qeyd edək ki, 27 yaşlı Ampeuro, Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb